Kredit sifarişi

Təşəkkür edirik!

Sizin sorğunuza yaxın zamanda baxılacaq.

Lizinq sifarişi

Təşəkkür edirik!

Sizin sorğunuza yaxın zamanda baxılacaq.

CV göndər

Təşəkkür edirik!

Sizin sorğunuza yaxın zamanda baxılacaq.

TBC Kredit Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Bizim missiyamız kiçik və orta müəssisələrin rəqabətə davamlığını artırmaq üçün imkan yaratmaq və daha güclü biznes praktikasını inkişaf etdirməkdən, orta gəlirli şəxslərin yaşayış standartlarını yaxşılaşdırmaq üçün lazımi malıyyə resurslarına çıxışlarını, eyni zamanda xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin edilməsi və təşkilatın davamlı inkişafını təmin etməkdən ibarətdir.

TBC Kredit Azərbaycan bazarındakı fəaliyyətini Beynəlxalq İnkişaf üzrə ABŞ Agentliyinin (USAİD) maliyyələşdirdiyi kiçik və orta sahibkarlığın inkişafı proqramı çərçivəsində başlamışdır. 2000-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Bankının lisenziyasını almışdır.

2007-ci ilin sonunadək TBC Kredit-in yeganə təsisçisi Enclude (keçmiz “Shore Overseas Azerbaijan”), ABŞ beynəlxalq şirkətlər qrupuna daxil olan Triodos Ventures şirkəti olmuşdur. 2007-ci ilin dekabr ayında Gürcüstanın aparıcı banklarından biri olan TBC Bank 7,500,000 ABŞ dolları məbləğində əlavə investisiya edərək şirkətin payının75% -ni əldə etmişdir və 2018-ci ildə qalan 25%-ni də əldə edərək TBC Kreditin yeganə səhmdarı oldu.

TBC Kredit 2004-cü ildən başlayaraq ABŞ-ın Xaricdə Özəl İnvestisiyalar Korporasiyası (OPİC) ilə səmərəli əməkdaşlıq edərək 15 il müddətinə 10 milyon ABŞ dolları məbləğində kredit almışdır. Bununla yanaşı, şirkət Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Triple Jump, responsAbility, MicroVest və digər beynəlxalq kreditorlar ilə əməkdaşlıq edir.

Biz geniş çeşidli kredit məhsulları təklif edirik:

  • Biznes kreditləri (mikro və kiçik müəssisələr)
  • İpoteka kreditləri
  • Ev şəraitinin yaxşılaşdırılması kreditləri
  • İstehlak kreditləri
  • Lizinq

Müştərilərlə qarşılıqlı etimad və fayda üzərində qurulan uzunmüddətli əlaqələrinin qurulması üçün hər cür səy göstəririk.

Ekoloji siyasət

Filiallar

Haqqımızda

TBC Kredit - Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir. Azərbaycanda ipoteka kreditlərini ilk olaraq TBC Kredit verməyə başlamışdır.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et